Reynaldonun 882 gün gözlədiyi qol
Azərbaycan Premyer Liqasının 18-ci turunun “Sabah”la oyunu (1:1) “Qarabağ”ın hücumçusu Reynaldo Silva üçün əlamətdar olub.
Sportfm.az saytı klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, qarşılaşmanın 19-cu dəqiqəsində hesabı açan braziliyalı futbolçu 882 gün sonra yenidən “Qarabağ” formasıyla Azərbaycan çempionatında fərqlənib. Silva Premyer Liqada sonuncu dəfə 2016-cı il sentyabrın 25-də “Kəpəz”lə (1:1) səfər oyununda rəqib qapısına yol tapmışdı.
Ümumilikdə isə, Reynaldonun son qolu 2016-cı il dekabrın 8-də Avropa Liqasının “Fiorentina”yla (1:2) matçına təsadüf edib. Bu qoldan da 807 gün sonra forvard yenidən Ağdam klubunun heyətində rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Reynaldo qış fasiləsində Qazaxıstanın "Aktobe" klubundan "Qarabağ"a keçib.
Oxşar xəbərlər
Musa Qurbanlı üçün əlamətdar oyun
Kapitandan yubiley qolu
Reynaldo "Qarabağ"da seçimini etdi - FOTO
"Səbirsizliklə "Qarabağ" formasıyla yenidən meydana çıxmağımı gözləyirəm" - Reynaldo Silva
Reynaldonun keçidi rəsmiləşdi - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Maradona, Platini, Ziko kimi böyük futbolçu olmaq istəyirdik" - "Qızıl 76-lar"dan biri
-
Ronaldo tək özünə görə yox, oğluna görə də narazıdı
-
Millimizin heyətində dəyişiklik edildi
-
"Əzmkar komandaya qarşı oynayacağıq" - Ayxan Abbasov
-
"Mingəçevir Reqatası-2026" beynəlxalq turniri başa çatdı
-
Azərbaycan millisinin Avropa çempionatındakı məlum oldu















Misli Premyer Liqası