"Azərbaycanla oyunun Zaqrebə salınmasına səbəb..." -Davor Şuker
"Federasiyaya rəhbərlik etdiyim ilk dövrlərdə ev oyunlarını Split şəhərində keçirirdik. Biz həmişə orada oynamaq istəmişik".
Sportfm.az xəbər verir ki, bu sözləri Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker deyib.
Federasiya rəhbəri keçirdiyi mətbuat konfransında AÇ-2020-nin seçmə mərhələsində ev oyunlarının keçiriləcəyi şəhərlərin adlarını açıqlayıb. O, yığmamızla oyunun paytaxt Zaqrebə salınmasına aydınlıq gətirib: "Split və Dalmaçiyanın sakinlərinin millinin oyunlarına maraq göstərdiyini görmüşük. Bu ideya mənə məxsus idi və müəyyən məqamlara əsaslanırdı. Lakin birdən-birə qəti qərar vermək olmaz. Məhz buna görə Azərbaycanla oyunun paytaxt Zaqrebdə keçirilməsinə qərar verdik. Azərbaycandan başqa daha 3 oyunumuz olacaq. Bu matçları Rieka, Pula və Osiyev şəhərlərində keçirməyi planlaşdırırıq. Digər variantlar da gündəmdədir".
Qeyd edək ki, Xorvartiya - Azərbaycan oyunu martın 21-də "Maksimir" stadionunda keçiriləcək.
Oxşar xəbərlər
"Azərbaycanla harda oynamağımızın fərqi yoxdu" - Federasiya rəsmisi
İtaliyanın qarşılaşması ləğv olundu
Xorvatiya - Azərbaycan: nə qədər bilet satılıb?
Mətbuat konfransının vaxtı açıqlandı
"Azərbaycanla bizə çətin olacaq" - Xorvat məşqçi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Həvəskarlar Liqasının oyunu bıçaq hədə-qorxusuna görə dayandırıldı
-
"Qalatasaray" İngiltərə klubuna qarşı - Çempionlar Liqası
-
“Gəncəbasar” – MOİK oyununun hakimləri məlum oldu - I Liqa
-
Millimizin sabiq futbolçusu “Yaşıl Top”da
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Səbail"də maliyyə krizisi - ÖZƏL













Misli Premyer Liqası