reklam
Azərbaycanlı atletlərdən iki qızıl medal
Sportfm.az xəbər saytı

Azərbaycanlı atletlərdən iki qızıl medal


Gürcüstanın Kutaisi şəhərində ağır atletika üzrə üçqat Olimpiya çempionu Kaxi Kaxiaşvilinin şərəfinə beynəlxalq turnir keçirilib. 

Sportfm.az xəbər verir ki, yarışda yerli idmançılarla yanaşı, azərbaycanlı atletlər də iştirak ediblər. 

Paşa İbrahimli 73 kq, Kamran İsmayılov isə 96 kq çəki dərəcəsində mübarizə aparıblar. Məşqçi Taleh Hüseynovun rəhbərliyi altında çıxış edən atletlər iki qızıl medal qazanmağı bacarıblar. 

Paşa İbrahimli toplam 286 kq (130+156) nəticə ilə öz çəki dərəcəsində bütün rəqiblərini qabaqlayıb. Kamran İsmayılov isə 322 kq (141+181) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Oxşar xəbərlər

Hacıbaba Əskərovun xatirəsinə həsr olunmuş turnir keçirildi - FOTO
Ağırlıqqaldıranımız Misirdə gümüş medal qazandı
Azərbaycanlı ağır atlet Avropa çempionu oldu - FOTO
Azərbaycan birinciliyində qaliblər müəyyənləşdi
Paşa İbrahimli Azərbaycan kubokunun qızıl medalçısı oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər