reklam
Taekvondo üzrə respublika çempionatına start verildi -
Sportfm.az xəbər saytı

Taekvondo üzrə respublika çempionatına start verildi -FOTO


Dekabrın 27-də Azərbaycan Boks Federasiyasının idman zalında böyüklər arasında taekvondo üzrə respublika çempionatına start verilib.

Sportfm.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Taekvondo Federasiyasının (ATF) təşkilatçılığı ilə keçirilən çempionatda respublikamızda fəaliyyət göstərən taekvondo bölmələrinin və klublarının 2001-ci il və ondan böyük yaş qruplarının idmançıları mübarizə aparır.

Çempionat Azərbaycanda taekvondonun təbliği və inkişaf etdirilməsi, respublikada fəaliyyət göstərən taekvondo bölmələrinin işinin təkmilləşdirilməsi, böyüklər arasında kişilər və qadınlar üzrə yığma komandanın tərkibinin müəyyənləşdirilməsi, ATF mütəxəssislərinin və hakimlərinin peşəkarlığının, idmançıların yarış təcrübəsinin və ustalığının artırılması məqsədi daşıyır.

İki gün davam edəcək yarışa ATF-in hakimlər komitəsi rəhbərlik edir.

“DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçirilən çempionatın sonunda hər çəki üzrə ilk üç yeri tutan idmançılar Gənclər və İdman Nazirliyinin təsis etdiyi müvafiq dərəcəli diplom və medallarla mükafatlandırılacaqlar.

Kişi və qadın idmançıların 14 çəki dərəcəsində mübarizə apardığı yarışda 100-ə yaxın taekvondoçu iştirak edir.

 

Oxşar xəbərlər

Azərbaycan çempionatına yekun vuruldu
Taekvondo üzrə “Koreya səfiri kuboku” keçiriləcək
Abşeron Olimpiya İdman Kompleksində Bakı birinciliyi keçiriləcək
Ağcabədidə taekvondo üzrə beynəlxalq turnir keçiriləcək
Taekvando üzrə “Koreya səfiri kuboku” turniri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər