reklam
Ağcabədidə taekvondo üzrə beynəlxalq turnir keçiriləcək
Sportfm.az xəbər saytı

Ağcabədidə taekvondo üzrə beynəlxalq turnir keçiriləcək


Mayın 11-də Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin və “Aran” taekvondo klubunun təşkilatçılığı və dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən taekvondo üzrə uşaq, yeniyetmə və gənclər arasında beynəlxalq turnirə start veriləcək.

Sportfm.az xəbər verir ki, yarışın təşkilində məqsəd ölkədə taekvondonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsini və ustalığını artırmaqdır.

Müxtəlif çəki dərəcələrində keçiriləcək yarışda 2001-2003-cü il təvəllüdlü gənc idmançılar, 2004-2006-cı il təvəllüdlü yeniyetmələr və 2007-2008-ci il və 2009-2010-cu il təvəllüdlü uşaqlar mübarizə aparacaqlar.

Üç gün müddətində davam edəcək yarışlardakı döyüşləri ATF-nin hakimləri idarə edəcək.

“DAEDO” beynəlxalq taekvondo qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutacaq idmançılar və komandalar kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.

Oxşar xəbərlər

Taekvondo üzrə “Koreya səfiri kuboku” keçiriləcək
Abşeron Olimpiya İdman Kompleksində Bakı birinciliyi keçiriləcək
Taekvondo üzrə respublika çempionatına start verildi - FOTO
“Qəbələ Open” beynəlxalq birinciliyi başladı
Taekvando üzrə “Koreya səfiri kuboku” turniri keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər