reklam
Taekvando üzrə “Koreya səfiri kuboku” turniri keçiriləcək
Sportfm.az xəbər saytı

Taekvando üzrə “Koreya səfiri kuboku” turniri keçiriləcək


Sentyabrın 16-da Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Taekvando Federasiyasının (ATF) və Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə taekvando üzrə gənclər arasında üçüncü “Koreya səfiri kuboku” turnirinə start veriləcək.

Sportfm.az xəbər verir ki, yarışın təşkilində məqsəd ölkədə taekvandonun təbliği, bölgələrdə idmanın bu növünün inkişafına təkan vermək, idmançıların yarış təcrübəsini və ustalığını artırmaqdır. Ümumilikdə, yeniyetmələrin sağlam həyat tərzi üçün idmanla məşğul olması da əsas məqsədlər sırasına daxildir.

Turnirdə respublikamızda fəaliyyət göstərən taekvando bölmələrinin və klublarının üzvləri, 2000-2003-cü il təvəllüdlü gənc idmançılar mübarizə aparacaqlar.

İki gün davam edəcək yarışlara hər gün saat 09:00-dan etibarən start veriləcək.

“DAEDO” beynəlxalq taekvando qaydaları üzrə keçiriləcək turnirin sonunda ilk üç yeri tutan idmançılar ATF və Koreya səfirliyinin təsis etdiyi kubok, müvafiq diplom və medallarla mükafatlandırılacaqlar.

Xatırladaq ki, turnir 2015-ci ildə Qubada, ötən il isə Qəbələdə keçirilib.

Oxşar xəbərlər

150 idmançı “Koreya səfiri kuboku” turnirində
“Koreya səfiri” kubokunda 100-dən çox taekvondoçu qüvvəsini sınadı - FOTO
Taekvondo üzrə “Koreya səfiri kuboku” keçiriləcək
Ağcabədidə taekvondo üzrə beynəlxalq turnir keçiriləcək
“Qəbələ Open” beynəlxalq birinciliyi başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər