reklam
Əfsanə geri dönür: Aleks Ferqyusson yenidən
Sportfm.az xəbər saytı

Əfsanə geri dönür: Aleks Ferqyusson yenidən "Mançester Yunayted"də


2012/13 mövsümünün sonunda 26 il çalışdırdığı "Mançester Yunayted"dən ayrılan və məşqçi karyerını bitirən Ser Aleks Ferqyusson yenidən Premyer Liqa klubuna qayıdır.

Sportfm.az xəbər verir ki, şotland mütəxəssis komandanın yeni baş məşqçisi Ole Qunnar Sulşerin məsləhətçisi olacaq. O, həmçinin klubun fəaliyyətində də aktiv şəkildə iştirak edəcək.

Ferqyusson hələ rəsmi olaraq "Mançester Yunayted"ə dönməsə də, tez-tez Sulşerlə əlaqə saxlayır və məsləhətlərini verir. Bu təyinatın yaxın günlərdə rəsmən açıqlanacağı bildirilir. 

Qeyd edək ki, Feryusson 1986-2013-cü illərdə "Mançester Yunayted"ə başlçılıq edib. 26 il ərzində şotland mütəxəssis komandanı Premyer Liqanın (13 dəfə), Federasiya Kubokunun (5), Liqa Kubokunun (4), İngiltərə Super Kubokunun (10), Çempionlar Liqasının (2), Kuboklar Kubokunun (1), UEFA Super Kubokunun (1), klublararası dünya çempionatının (2) qalibi edib.

 

Oxşar xəbərlər

"Mançester Yunayted"də yeni baş məşqçi - Müqavilə
“Mançester Yunayted”dən yeni rekord - Ardıcıl 13-cü səfər qələbəsi
Aleks Ferqyuson "Mançester Yunayted"ə qayıdır?
"Ser" evə yollandı
Venger Ferqyussonun rekordunu təkrarladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər