PSJ-nin keçmiş futbolçusu Azərbaycana gəlməkdən imtina etdi
Fil Dişi Sahili milli komandasının sabiq üzvü Yannik Boliyə "Qarabağ"a keçmək təklif olunub.
Sportfm.az xəbər verir ki, 30 yaşlı hücumçu dəvəti geri çevirərək Asiyaya üz tutub və Tailandın "Ratçaburi" klubu ilə müqavilə bağlayıb.
PSJ-nin sabiq futbolçusunu bu addımı atmağa vadar etməsinə səbəb Azərbaycan çempionatının səviyyəsinin aşağı olması və "Qarabağ"ın ev oyunlarına az azarkeş gəlməsi göstərilib. 30 yaşlı forvard "Anji"də çıxış edərkən 67 qarşılaşmada 30 qol vurub. Fransa doğumlu futbolçunun qiyməti 600 min avrodur.
Məlumat üçün bildirək ki, Yannik Bolinin seçdiyi "Ratçaburi"nin çıxış etdiyi Tailand çempionatında 18 klub mübarizə aparır və komandanın ev oyunlarını keçirdiyi 10 min yerlik "Mitr Phol" stadionunda hər ev oyunu tribunalar dolu olur.
Oxşar xəbərlər
Rusiya klubunun xalları silindi
Didye Droqba prezidentliyə namizəd oldu
PSJ-nin keçmiş futbolçusu "Qarabağ"a gəlməkdən imtina etdi
Emeqara Azərbaycana qayıtdı - "Qarabağ" keçmiş futbolçusunu transfer etdi
"Qarabağ"ın sabiq futbolçusu 3-cü liqa klubunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası