Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan millisinin oyunlarının yeri dəqiqləşdi
19 yaşadək qızlar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış edəcək Azərbaycan millisinin oyunlarının yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 8-ci qrupda İspaniya, Ukrayna və Latviya ilə mübarizə aparacaq millimizin Bakıda baş tutacaq qarşılaşmaları Olimpiya stadionunda keçiriləcək. Öncədən hər üç matçın "Dalğa Arena”da baş tutması planlaşdırılmışdı. Lakin "Qarabağ” Avropa Liqasının sentyabrın 15-də "Slovan”a qarşı keçiriləcək matçını da bu stadionda oynamağa qərar vermişdi. Bu üzdən qızların matçlarının yeri dəyişdirilməsi zərurəti yaranmışdı. Çünki komandamız sentyabrın 15-də Ukrayna, 17-də İspaniya, 20-də Latviyanı sınağa çəkməlidi. Hər üç matç Bakı Olimpiya Stadionunda baş tutacaq. Qeyd edək ki, yığmamızın Ukrayna və Latviya ilə oyunları saat 19:00-da, İspaniya ilə görüş isə 11:00-da başlayacaq.
Oxşar xəbərlər
Millimizin oyunlarının yeri dəyişdirildi - Avropa çempionatı
Yığmamızın oyunlarının yeri müəyyənləşdi
Azərbaycan - Ukrayna oyunlarının yeri dəqiqləşdi
İspaniya millisi Bakı Olimpiya Stadionunda
Azərbaycan millisinin oyunlarının yeri dəqiqləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası