reklam
Ronaldinyo karyerasını bitirməyə hazırlaşır
Sportfm.az xəbər saytı

Ronaldinyo karyerasını bitirməyə hazırlaşır


"Barselona"nın sabiq futbolçusu olan Ronaldinyo futbolçu karyerasını bitirməyə hazırlaşırr. Sportfm.az xəbər verir ki, təcrübəli futbolçu Nyu York mətbuatına verdiyi açıqlamada gələcəyi ilə bağlı danışıb. Braziliyalı ulduz bir il də oynadıqdan sonra karyerasını bitirəcəyini deyib: "36 yaşım var. Artıq yaşlı bir insanam. Bir il də oynayıb futbolu buraxmağı düşünürəm".
 
Qeyd edək ki, karyerasına ölkəsinin "Qremio" klubunda başlayan Ronaldinyo 2015-ci ilədək meydana çıxdığı 723 matçda 279 qol və 168 məhsuldar ötürmə ilə yadda qalıb. PSJ, "Barselona", "Milan" kimi klublarda oynayan "sambaçı" 2 La Liqa, 1 "A" Seriası, 1 Çempionlar Liqası, 1 dünya çempionluğunu yaşayıb.

Oxşar xəbərlər

Dahi futbolçunun vida oyunu keçiriləcək - FOTO
Ronaldinyo siyasətə qoşuldu - Namizəd oldu
Ronaldinyo "Barselona"da
Ronaldinyo "Barselona"ya qayıdır
Ronaldinyo yenidən "Barselona"da

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər