Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Dahi futbolçunun vida oyunu keçiriləcək -FOTO
Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun vida oyunu keçiriləcək.
Sportfm.az xəbər verir ki, 39 yaşlı yarımmüdafiəçi Kolumbiyanın "İndependiente Santa Fe" klubunda vida matçına çıxaraq, karyerasını başa vuracaq. Rəqib komanda və matça dəvət alacaq məşhur futbolçular barədə məlumat verilməyib.
Vida oyunu oktyabrın 17-si baş tutacaq. Biletlərin qiyməti 7-30 avro aralığında olacaq.
Ronaldinyo sonuncu dəfə 4 mövsüm əvvəl ölkəsinin "Fluminense" klubunda oynayıb.
2005-ci ildə "Qızıl Top" mükafatını qazanmış futbolçu "Qremio"nun yetirməsidir. Ronaldinyo PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro" kimi klublarda çıxış edib.
Oxşar xəbərlər
İbrahimoviç vida matçına çıxır
Arda Turan üçün vida oyunu - Vaxtı məlum deyil
Sneyderin vida oyunu təşkil ediləcək
Ronaldinyoya qadağa qoyuldu - Ölkədən çıxa bilməyəcək
Ronaldinyo karyerasını bitirməyə hazırlaşır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası