reklam
Gözlənilən keçid baş tutdu
Sportfm.az xəbər saytı

Gözlənilən keçid baş tutdu


İspaniyalı futbolçu Sesk Fabreqas İngiltərənin "Çelsi" klubundan Fransa çempionatının komandası "Monako"ya keçib.

Sportfm.az xəbər verir ki, bu barədə "Monako"nun mətbuat xidməti xəbər yayıb.

İspaniyalı yarımmüdafiəçi ilə bağlanan müqavilə 2022-ci ilə qədər nəzərdə tutulub. Müqavilənin təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Fabreqas "Çelsi"də 2014-cü ildən çıxış edir. Komandanın heyətində o 198 oyun keçirib, 22 qol vurub və 57 məhsuldar ötürmə edib.

İspaniya millisində futbolçu 110 oyun keçirib və 15 qola imza atıb.

Oxşar xəbərlər

“Çelsi” müdafiəçisi ilə müqavilənin müddətini uzatdı
Fabreqas üçün ağır xəbər - Nənəsi virusa yoluxdu
Fabreqas rekordlar kitabına düşdü
Türkiyədən Fransaya, ordan isə Çinə getdi
Fabreqas “Çelsi”dən gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər