"Bizdə bu yoxdu, ordan-burdan futbolçu tapmalıyıq" -Anar Vəliyev
“Şüvəlan”ın baş məşqçi əvəzi Anar Vəliyev müsahibə verib. Sportfm.az həmin müsahibəni təqdim edir.
Komandanız ilk yoxlama görüşündə böyük hesabla məğlub oldu. Matçla bağlı fikilərinizi bilmək istərdik.
- İndiki vəziyyətimizdə bizə nəticə maraqlı deyildi. Komanda hazırlığa yeni başladığından məğlubiyyət gözlənilən idi. Baxışa yeni futbolçular dəvət etmişik. Onların da nəyə qadir olduğunu görmək istəyirdik. Birinci hissə pis oynamasaq da, fasilədən sonra səviyyə fərqi özünü göstərdi. Biz divizion, “Sumqayıt” isə elita klubudu. Ümid edirəm ki, fasilə müddətindən maksimum yararlanıb, komandanı çempionata hazır vəziyyətə gətirə biləcəyik.
Divizion komandalarının demək olar ki, hamısında limitlə bağlı problem var. Bəs sizdə bu yöndə vəziyyət necədi?
- Divizion komandalarının hamısında eyni problem yaşanır. Heç bir klub rəsmisi və ya baş məşqçisi deyə bilməz ki, biz limitlə bağlı çətinlik çəkmirik. Premyer-liqa klublarının ikinci komandaların da bu yöndə heç bir problem yoxdu. Çünki, hər birinin aşağı yaş qrupları üzrə komandaları var. Lazım olanda ordan futbolçu cəlb edib oynada bilirlər. Bizdə isə bu yoxdu. Ordan-burdan limitə düşən futbolçu tapmalıyıq. Onların sayı isə o qədər də çox deyil. Seçilənləri heç bir klub kənara buraxmaq istəmir. Çətinliklə də olsa, fasilə dönəmində bir neçə gənc oyunçu tapmışıq, yaxın günlərdə də baxışa gələnlər olacaq. Onların arasından seçim edib, ən yaxşılarını komandaya cəlb edəcəyik.
“Şüvəlan”nın maliyyə durumu necədi? Futbolçular vaxtında maaşını ala bilir?
- Bu yöndə heç bir çətinliyimiz yoxdu. Bizdə maaş hər ayın 5-10 arası olsa da, dekabrda bu ayın da əməkhaqqısı verilib.
Təlim-məşq toplanışını Bakıda keçirəcəksiz, yoxsa paytaxtdan kənara çıxmaq variantı da var?
- Klubun gözəl bazası var və toplanışı da orda keçirəcəyik.
Növbəti yoxlama görüşlərindəki rəqiblər bəllidi?
- Yanvarın 20-də “Sabah-2”, 24-də “Keşlə-2” ilə qarşılaşacağıq.
Fasilə dönəmində kiminləsə artıq anlaşmısız?
- Bu günə kimi yalnız Tural Qürbətovla müqavilə bağlamışıq. Limitə düşən 4-5 futbolçu da bizimlədi. Lakin onlarla bağlı son qərar hələ verilməyib.
Sizin təyinat nə vaxt rəsmiləşəcək?
- Hələ ki, bu haqda hər hansı xəbər yoxdu.(sportinfo.az)
Oxşar xəbərlər
Klublarımız futbolçuların maaşını necə ödəyəcək?
"Başqa çıxış yolum da yoxdu" - Tərlan Əhmədov
Aqil Nəbiyev: "20 yaşlı futbolçu I Divizionda mübarizə apara bilməyəcəksə, nə gələcəyi olacaq?"
Birinci divizionunun yeni limiti nə vəd edir?
"Zaqatala" Premyer Liqada olacaqmı? - klub prezidenti açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Güləşçilərimiz yarımfinala yüksəldi - Avropa çempionatı
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
“Kəpəz” iki futbolçusu ilə peşəkar müqavilə imzaladı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı
-
“Sabah”ın futbolçusu millini tərk etdi















Misli Premyer Liqası