reklam
Marseldə dramatik matç -
Sportfm.az xəbər saytı

Marseldə dramatik matç -Hərəyə 1 xal qazandılar


Fransa Liqa 1-də 20-ci tura yekun vurulub.

Sportfm.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. "Lill" "Kan"la, "Lion" isə "Reyms"lə qarşılaşıb. "Lill" səfər matçından inamlı qələbə ilə ayrılıbsa, digər oyunda qalib müəyyənləşməyib.

Turnir cədvəlinin vahid lideri PSJ səfərdə "Amyen"in qonağı olub. Paris təmsilçisi bu görüşdə darmadağınla qalib gəlib. "Nitsa" evdə "Bordo"nu, "Sent-Etyen" isə səfərdə "Genqam"ı 1 cavabsız qolla məğlub edib.

Son oyun günündə 4 görüş baş tutub. "Nant" doğma meydanda "Renn"ə, "Tuluza" isə "Strasburq"a uduzub. "Dijon" - "Monpelye" matçında qalib müəyyənləşməyib.

20-ci turun maraqla gözlənilən qarşılaşmasında "Monako" "Marsel"lə münasibətlərinə aydınlıq gətirib. Bu matçda da tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.

Fransa Liqa 1, 20-ci tur

11 yanvar

Kan - Lill 1:3

Qol: Ninqa, 90 - Pepe, 8. Leao, 20. Arauxo, 89.

Lion - Reyms 1:1

Qol: Traore, 70 - Çavarriya, 34.

12 yanvar

Amyen - PSJ 0:3

Qol: Kavani, 57-pen. Mbappe, 70. Markinyos, 79.

Nitsa - Bordo 1:0

Qol: Sent-Maksimin, 16.

Genqam - Sent-Etyen 0:1

Qol: Xazri, 6.

13 yanvar

Nant - Renn 0:1

Qol: Da Silva, 13.

Dijon - Monpelye 1:1

Qol: Said, 54 - Le Tallek, 61.

Tuluza - Strasburq 1:2

Qol: Sanoqo, 29-pen - Ayorke, 17. Sissoko, 64.

Marsel - Monako 1:1

Qol: M.Lopes, 13 - Tilemans, 38.

Qeyd: 20-ci turda keçirilməli olan "Nim" - "Anje" matçı Fransadakı aksiyalar səbəbindən təxirə salınıb.

Bombardir: Kilian Mbappe (PSJ) - 13 qol.

Oxşar xəbərlər

PSJ “Marsel”ə qarşı - TV AFİŞA
“Marsel” “Renn”ə qarşı - AFİŞA AFİŞA
Lion “Olimpik”i 3 xalı 5 qolla qazandı - Liqa 1
Monako” “Marsel”ə qarşı - AFİŞA
PSJ və “Monako” səfərdə, lider evdə qarşılaşacaq - AFİŞA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər