“Avropada ölkəmiz adına yaxşı nəticə qazanmaq istəyirik” -Alfa Liqa
Həvəskarlar arasında keçirilən minifutbol üzrə Alfa Liqanın startına bir neçə həftə qalıb. Fasilədə transfer pəncərəsinin açıq olmasından istifadə edən komandalar heyətlərini gücləndirməkdədirlər. Xüsuilə “Uğur” komandasının həyata keçirtdiyi transferlər “göz qamaşdırır”. Bu keçidlər “qartallar”ın çempionluğa nə qədər həvəsli və iddialı olmasını göstərir. Həmsöhbətlərimiz “Uğur” komandasının rəhbəri Vüsal Hacızadə Vüsal və baş məşçi ilə rəhbərlik arasında körpü rolunu oynayan daha dəqiq desək komandanın direktoru Fuad Rzayevdir.
- Komandanız ötən Alfa Liqada da iştirak etmişdi. İki çempionat arasında müqayisə apara bilərsiz?
H.V. – İlk çempionat hamı üçün yeni bir turnir idi. Fərqli formatda olması bizim üçün təcrübə oldu. Elə o zaman qarşımıza məqsəd qoyduq ki, növbəti mövsüm çempionluğa oynayaq. Cari çempionatda isə peşəkar oyunçulara qarşı limit minimuma endirilib. Bu məqamı müsbət qarşılayıram. Çünki belə də daha səviyyəli oyunçuları komandaya dəvət etmək imkanımız olur.
- Komandanı formalaşdırmaqda, oyunçu seçimində hansınızın rolu daha çoxdur?
H.V. – Bu işlərlə tam olaraq Fuad məşğul olur. Bu məsələdə mənim heç bir rolum yoxdur.
R.F. – İlk növbədə elə oyunçulara üstünlük veririk ki, qarşılıqlı hörmət göstərən biri olsun. Rəhbərliyin komandaya göstərdiyi diqqət və qayğının əvəzini verən oyunçuları komandaya dəvət edirik.
- Birinci dövrədən sonra əldə etdiyiniz nəticələrdən razısız?
H.V. – Razı deyiləm. Fikrimcə “Marafon”a uduzmamalıydıq. Baxmayaraq ki, heyətləri güclüdür yenə də düşünürəm ki, həmin oyunu biz udmalıydıq. “Altay”la da görüşdə də öz məsuliyyətsizliyimizdən qələbəni əldən verdik.
R.F. – Birinci dövrəni lap birinci pillədə başa vursaydıq belə ciddi fərq olmazdı. Onsuzda “play-off”a ilk dörd yeri tutan komandalar düşəcək. Məqsədimiz də məhz “play-off”a vəsiqə qazanmaqdır. Sadəcə mövsüm öncəsi yoldaşlıq görüşlərində bütün gücümüzü rəqiblərə büruzə verməyimizi yanlış hesab edirəm.
- Fasilədə “səs-küylü” trasferlərə imza atdız. Başqa keçidini həll edə bilmədiyiniz oyunçular oldumu?
R.V. - Açığı Renatı da, İlkini də, Anarı da hələ mövsümün əvvəlində komandamızda görmək istəyirdik. Lakin qismət indiyə imiş. Komandamızda görmək istədiyim biri oyunçu qaldı o da Seymur Məmmədovdur. Transfer pəncərəsinin bağlanmasına hələ var. Bilmək olmaz bəlkə onun da keçidini həll etdik (gülür).
- İlk dövrədə hansı rəqib komandanı və oyunçunu bəyəndiz?
H.V. – “Marafon”u bəyəndim. Güclü heyətə malikdir. Şükür Allaha bəyəndiyim oyunçuları da artıq bizim komandadırlar. Qapıçılar arasında Anarı qeyd edərdim ki, o da artıq bizimlədir.
R.F. – Oyunçulardan Anar Məmmədovu və “Champion Sports”un heyətindəki Tureni xüsusilə qeyd edərdim. Komandalardan isə turnirin sürpriz komandası olan “Altay”ı və “Champion Sports”u vurğulamaq istərdim.
- Çempion olsaz, ÇL öncəsi heyətə əl gəzdirmək fikriniz var?
H.V. - Əsas heyətimizi qorumaq şərtilə ehtiyat qüvvə kimi əlavə oyunçuları cəlb etmək fikrimiz var. Çünki, Avropada ölkəmiz adına yaxşı nəticə qazanmaq istəyirik.
- Alfa Liqadakı hansı məqamları vurğulamaq istərdiz?
H.V. – Həmişə demişəm indi də təkrar edirəm. Alfa Liqadakı kontingent superdir, digər minifutbol çempionatlarından müsbət mənada fərqlənir. İstər təşkilati səviyyədə, istərsə də çempionatda çıxış edən oyunçuları müqayisə etdikdə. Burda ölkə futbolunda sözünü demiş çox sayda oyunçuya rast gəlmək olar. Başqa çempionatlarda 60 komanda olur bir də görürsən sonuncu yerlərdə gedən komanda oyuna gəlmir, formasız meydana çıxırlar və s. Amma Alfa Liqada belə mənfi hallara rast gəlinmir.
R. F. – Təşkilatçıların hər komandanı ayrıca və səliqəli soyunub-geyinmə otaqları ilə təmin etməsini, meydançaların tribunalı olmasını, qısa video icmalların “youtube” portalına yüklənməsi və sairə hallar alqışlanası məqamlardır. İnşallah bizə qismət olmağını istədiyimiz kubok və medallara isə söz ola bilməz. Lakin sadaladıqlarımızın fonunda yaxşı olardı ki, Alfa Liqaya daha səviyyəli hakimlər təyinat alsın. Sözümü heç kim səhv başa düşməsin indiki hakimlərin səviyyəsinin aşağı olduğunu demək istəmirəm, amma inanıram ki, təşkilatçılar daha güclü hakimləri çempionat oyunlarına cəlb edə bilər. Bundan əlavə xoş olardı ki, ya hər komandanın öz həkimi olsun, ya da hər oyuna bir həkim ayrılsın.
- “Uğur”u çempionatın ən varlı komandası hesab edə bilərik?
R.F. – Ən varlı komanda olduğumuzu deməzdim. Anarı, Muradı, Renatı və İlkini cəlb etməyimiz yüksək büdcəmizin olduğuna dəlalət etmir. Fasilədə nə qədər oyunçu cəlb etmişiksə ondan çox oyunçu ilə də vidalaşmışıq.
- Nəticədən asılı olmayaraq “Uğur”u növbəti mövsümlərdə görə biləcəyikmi?
H.V. – Ədalətli təşkil olunan çempionatda biz həmişə iştirak edib mübarizə aparacağıq.
- Sonda bilmək istərdik çempionluq yolunda hansı komandanı özünüzə əsas rəqib görürsüz?
H.V. – “Marafon”u
R.F. –“Marafon”u da “Altay”ı da fasilədəki transferlərindən sonra “Champion Sports”u da. Hazırda ilk dördlükdəki komandalardan hər birini çempionluq yolunda özümüzə əsas rəqib görürəm.
Oxşar xəbərlər
Alfa Liqada “Marafon” kimin üçün “Uğur”lu bitəcək?
Bütün komandalar final şansını cavab oyununa saxladı - ALFA LİQA
"Geniş heyət daha yaxşı nəticə qazanmağa kömək olar" - Tural Allahverdiyev
Eyyub Əliyev: Rəqiblər üçün sürpriz komandayıq
Bərdə komandası Alfa Liqada iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası