Klublarımızın Antalyadakı yoxlama matçları baş tutmadı
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Zirə"nin Qazaxıstan "Taraz"ı ilə nəzərdə tutulan yoxlama matçı ləğv olunub.
Sportfm.az xəbər verir ki, buna bölgəyə aramsız yağışın yağması səbəb olub. Axşam saatlarında tufanın gözlənildiyini nəzərə alan tərəflər oyunun keçirilməməsini qərara alıblar.
Bununla yanaşı, "Sumqayıt" komandasının Qazaxıstanın digər təmsilçisi "Jetısu" ilə planlaşdırılan qarşılaşması təxirə salınıb. Yanvarın 16-da keçiriləcək matç Bakı vaxtı ilə saat 13:00-da başlanacaq.
Eyni zamanda "Səbail" klubunun Macarıstan "Aqvital”ı ilə oyunu baş tutmayıb. Klubun Mətbuat xidmətinin rəhbəri Törə Əhmədovanın "Report"a verdiyi məlumata görə, qarşılaşma yanvarın 16-na təxirə salınıb. Oyunun keçirilmə saatı hələlik məlum deyil.
Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın Rumıniya "Botoşani"si ilə oyunu ləğv olunub.
Oxşar xəbərlər
"Sumqayıt" yoxlama oyunu üçün yeni rəqib tapdı
Bu gün klublarımız yoxlama oyunu keçirəcək
"Sumqayıt"ın oyunu ləğv edildi
"Sumqayıt" Qazaxıstan klubu ilə heç-heçə etdi
Bir gündə 3 oyun - Klublarımız Antalyada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası