Yığmamızın üzvləri "Şirvanşahlar" muzeyində -FOTOLAR
Ötən ilin sonundan etibarən AFFA gənc futbolçuların hazırlanmasında intensiv idman məşqlərindın savayı, onların dolğun həyat sahibi olmaq, hər bir məsələyə yaradıcı və yenilikçi yanaşmaq, başqa mədəniyyətlərin fərqini duymaq və anlamaq kimi keyfiyyətləri aşılamaq üçün 19 yaşadək futbolçulardan ibarət milli ilə xüsusi məşğələlər proqramına start verib.
Sportfm.az xəbər verir ki, il boyu oyunçular ən müxtəlif mədəni tədbirləri ziyarət edəcək, xarici səfərlər zamanı topladığı təəssüratları müzakirə edəcək və elektron vasitələrlə onları izləyənlərlə bölüşəcəklər.
Bu istiqamətdə ilk tədbir İçərişəhərdə, Şirvanşahlar saryında keçirilən "Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi ilə tanışlıq oldu.
Türkiyə və Gürcüstandan qısa müddətlik gətirilən və Azərbaycanda ilk dəfə təqdim olunan nadir tarixi eksponatlar, sərginin ən müasir texniki vasitələrlə müşayiət olunması futbolçular tərəfindən böyük maraqla qarşılandı.
Gənclər sərgidə onlara ən maraqlı və qeyri-adi görünən eksponatların (özləri çəkdikləri) fotolarını internetdə yerləşdirməyə qərar verdilər.















Oxşar xəbərlər
Millinin üzvləri ekskursiyaya getdi - FOTO
Millinin üzvləri üçün məşğələ keçirildi - FOTO
Futbolçular "Şirvanşahlar irsi dünya muzeylərində" oldu - FOTO
Avropa Liqası Muzeyinin rəsmi açılış mərasimi keçirildi - FOTO
Arzu Əliyeva Bakı Şahmat Olimpiadasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası