reklam
Millimizə gələcəyi deyilən bolqarıstanlı danışdı
Sportfm.az xəbər saytı

Millimizə gələcəyi deyilən bolqarıstanlı danışdı


Qazaxıstan millisindən ayrılan bolqarıstanlı baş məşqçi Stanimir Stoilov Azərbaycan yığma komandasının "sükanı arxası"na keçəcəyi barədə dedi-qoduara münasibət bildirib.

Sportfm.az xəbər verir ki, 51 yaşlı mütəxəssis hazırda bu variantın mümkün olmadığını vurğulayıb: "Haqqımda çıxan xəbərlərin çoxunu oxumuşam. Qazaxıstanda işləyə biləcəyim çox az yer var. Məşqçi peşəkarlığını göstərib, öz töhfəni verə biləcəyin iki lider klub var. İndiki durumda qalanları ciddi deyil. İnsanlar əmək haqlarını müzakirə etməyi sevir. Əlbəttə, insanlar digərlərinin məvaciblərini hesablamağı sevir. Ancaq pul bu an mənim üçün əsas deyil. Azərbaycan millisində çalışmaq planlarımda yoxdur. Ancaq 5-10 il sonra nələrin baş verəcəyini deyə bilmərik".

Qeyd edək ki, Stoilov “Levski”, “Liteks”, “Anartosis”, "Botev", "Astana" klubları ilə yanaşı, Bolqarıstan və Qazaxıstan millilərində də baş məşqçi olub.

Oxşar xəbərlər

Stanimir Stoilov millimizi çalışdıracaq? - "Azərbaycanda işləməyi istisna etmirəm"
"Xeyli problemlərimiz var" - Stanimir Stoilov
"Azərbaycan onlar kimi kombinasiyalı komandadı"
Rəqib baş məşqçi: Azərbaycanlı görüşdə uğurla çıxış edəcəyimizə heç kim təminat verə bilməz
Rəqibin baş məşqçisi: Azərbaycan son zamanlar...

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər