"Sabah" mövsümün ikinci yarısına qələbə ilə başladı
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start verilib.
Sportfm.az xəbər verir ki, XV turun açılış matçında "Zirə" doğma meydanda "Sabah"ı qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşün 25-ci dəqiqəsində “Sabah”ın heyətində Məqsəd İsayev ikinci sarı vərəqəni alaraq komandasını azlıqda qoyub. Buna baxmayaraq, debütantın hücumçusu Marko Deviç 47-ci dəqiqədə “Sabah”ı hesabda önə çıxarıb. 62-ci dəqiqədə isə “Zirə”nin oyunçusu Vüqar Mustafayev birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu nəticədən sonra xallarının sayını 20-ə yüksəldən “Sabah” 4-cü pillədəki mövqeyini qoruyub. “Zirə” isə 10 xalla sonuncu – 8-ci pillədə qalıb.
Qeyd edək ki, bu gün “Keşlə” – “Səbail” matçı da baş tutacaq. Tura sabah keçiriləcək “Qəbələ” – “Sumqayıt” və “Qarabağ” – “Neftçi” oyunları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqamızda yeni mövsümün təqvimi - SİYAHI
"Qarabağ" qələbə qazana biləcəkmi? - Premyer Liqa
Azərbaycan Premyer Liqasının təqvimi açıqlandı - SİYAHI
"Zirə"nin futbolçusu iki oyunluq cəzalandı, "Qəbələ" cərimə olundu
"Səbail" "Keşlə"ni məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası