"Düşündük ki, son yoldaşlıq oyunlarımızı qardaş Azərbaycana qarşı keçirək" -Murat Kaya
Bakıda 19 yaşadək futzalçılardan ibarət Azərbaycan və Tükiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçirilib.
Matçdan sonra Türkiyə yığmasının baş məşqçisi Murat Kaya AFF-nin rəsmi saytına fikirlərini bildirib.
Sportfm.az çalışdırıcının dediklərini diqqətinizə çatdırır: “Birinci hissədə pis oynadıq. Fasilədə uşaqlara səhvlərini və düzgün oynamalı olduqlarını dedim. Bildiyiniz kimi, bu oyunlar mart ayında keçiriləcək Avropa çempionatının rəsmi oyunlarına hazırlıq xarakteri daşıyır. Yeni formalaşmış komandayıq. Çətin qrupda yer almışıq. Rəqiblərimiz İspaniya, Macarıstan və Gürcüstan milliləri olacaq. Düşündük ki, son yoldaşlıq oyunlarımızı qardaş Azərbaycan yığma komandasına qarşı keçirək. Qələbə qazandığımıza görə xoşbəxtik. Gələn ay keçiriləcək rəsmi oyunlarda həm Türkiyə, həm də Azərbaycan yığma komandasına uğurlar arzulayıram”.
Oxşar xəbərlər
Millimiz Küveytlə qarşılaşacaq - Yoldaşlıq görüşü
“Sanki dogma meydanda oynayan biz deyildik” - Ağatahir Əzimov
Yığmamızın baş məşqçisi məğlubiyyəti şərh etdi: "Kənardan deyirsən, müdaxilə edirsən, eşitmirlər"
Türkiyə yığması ilə oyun Azər Əsgərova tapşırıldı
Millimizin Gürcüstanla oyunu niyə ləğv olunub? - Rəsmi açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası