reklam
Bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz etdi, çempion oldu -
Sportfm.az xəbər saytı

Bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz etdi, çempion oldu -FOTO


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş idman yarışında örnək ola biləcək addım atıb.

İdarədən verilən məlumata görə, Z.Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. O, Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.
Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.(milli.az)

Oxşar xəbərlər

Erməniləri məğlub edən məktəblilərimiz çempion oldu – FOTO
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva idmançı Zəhra Salmanlıya hədiyyə göndərdi - FOTO
Nazir müavini Zəhra ilə görüşdü - FOTO
Qadın idmançımızdan möhtəşəm hərəkət - VİDEO
Azərbaycanlı şagird beynəlxalq turnirin qalibi oldu - Rusiyada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər