Erməniləri məğlub edən məktəblilərimiz çempion oldu –FOTO
Bakı məktəblilərinin idman sahəsindəki uğurları davam edir.
Sportfm.az xəbər verir ki,c Təhsil İdarəsinin tabeliyindəki 234 nömrəli tam orta məktəbin V sinif şagirdi Əliağa Mirzəyev 27 kiloqram çəki dərəcəsində cüdo idman növü üzrə Gürcüstanda keçirilən beynəlxalq yarışda I yerə layiq görülüb. Məktəbli 2 erməni və 3 gürcü rəqibini məğlub edərək diplom və qızıl medalla mükafatlandırılıb.
Vətənə qalibiyyətlə qayıdan digər idmançı isə 21 nömrəli tam orta məktəbin şagirdi Kənan Cəfərlidir. Məktəbli Rusiyada keçirilən beynəlxalq turnirdə kikboksinq idman növü üzrə 37 kiloqram çəki dərəcəsində bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
K.Cəfərlinin də məğlub etdiyi rəqibləri arasında erməni idmançı da olub. Məktəbli bu qələbəsinə görə diplom, qızıl medal və kubokla təltif olunub.

Oxşar xəbərlər
Bayrağımızın Ermənistan bayrağının altından asılmasına etiraz etdi, çempion oldu - FOTO
Yeniyetmə şahmatçılar arasında qaliblər müəyyənləşdi - FOTO
Bakı məktəbliləri arasında stolüstü tennis üzrə turnir keçirildi
Azərbaycanlı şagird beynəlxalq turnirin qalibi oldu - Rusiyada
117 nömrəli tam orta məktəbin komandası birinci oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası