Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlandı
Topaz Premyer Liqasında mövsümün 6-cı avtoqolu qeydə alınıb.
Sportfm.az xəbər verir ki, bu uğursuzluqla “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov üzləşib. Müdafiəçi XVIII turun “Sabah”la səfər oyununda (1:1) öz qapısına qol vurub.
Bununla da Hüseynov Azərbaycan çempionatları tarixinin antirekordunu təkrarlayıb. Belə ki, “Qarabağ”ın futbolçusu Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Bədavi 2011/12 mövsümündə “Sumqayıt”da çıxış edərkən “Kəpəz”lə, 2013/14 mövsümündə isə “Qarabağ”ın heyətində “Simurq”la səfər oyunlarında da öz qapısına qol vurmuşdu.
Müdafiəçi Azərbaycan çempionatları tarixində hamıdan çox – 3 avtoqola üzülən 7-ci oyunçudur. Ona qədər Ayxan Abbasov, Saşa Yunisoğlu, Denis Silva, Ruslan Abışov, Natiq Qasımov və Jairo Rodriges də eyni sayda uğursuzluq yaşayıb.
Oxşar xəbərlər
"Qəbələ" 8 illik rekordu təkrarladı - Premyer Liqa
Topaz Premyer Liqasının 23-cü uğursuzu
Premyer Liqanın debütantından bir ilk
Azərbaycan çempionatlarında ikinci dəfə
Premyer Liqa: Mövsümün ilk avtoqolu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi - İkinci Liqa
-
Tovuzda bərabərlik - Premyer Liqa
-
“Neftçi” - “Qarabağ” matçının biletləri satışda
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Ümumilikdə pis oyun nümayiş etdirmədik" - Kurban Berdıyev
-
"Karvan"ın seriyası qırıldı - Premyer Liqa







.jpg)







Misli Premyer Liqası