Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan çempionatlarında ikinci dəfə
"Neftçi”nin futbolçusu Jayro Filyo Rodriges ardıcıl 2-ci oyunda avtoqol müəllifi olub. Sportfm.az PFL-in saytına istinadən yaydığı xəbərə görə, Topaz Premyer Liqasının III turunun "Qarabağ”la avqustun 21-də keçirilən qarşılaşmasında (0:3) öz qapısına qol vuran braziliyalı sentyabrın 10-da baş tutan IV turun "Qəbələ” ilə görüşündə (0:8) də eyni xətaya yol verib. Bununla da Rodriges ardıcıl iki tur avtoqol edən 2-ci futbolçu kimi Azərbaycan çempionatları tarixinə düşüb. İlk belə uğursuz isə ötən mövsüm qeydə alınmışdı. "Sumqayıt”ın üzvü Cəmil Hacıyev ötən ilin noyabrında "Zirə” və "Qəbələ” ilə matçlarda "fərqlənmişdi”. Jayro eyni mövsümdə 1-dən artıq avtoqol edən 5-ci oyunçudur. Natiq Qasımov (MOİK) 2005/06 mövsümündə ikisi eyni oyunda olmaqla öz qapısına 3 qol vurubsa, Ruslan Abışov ("Neftçi”) 2011/12, Eltun Yaqublu (AZAL) 2014/15 mövsümlərində Hacıyev və Rodriges kimi 2 dəfə üzüntü yaşamışdı. Ümumilikdə isə Jayro 1-dən çox avtoqol müəllifi olan 20-ci futbolçudur. Natiq Qasimov, Ayxan Abbasov və Saşa Yunisoğlu 3, 17 futbolçu isə 2 dəfə öz qapıçısını məyus edib.
Oxşar xəbərlər
Azərbaycan çempionatları tarixinin antirekordu təkrarlandı
Topaz Premyer Liqasının 23-cü uğursuzu
Ənənə pozulmadı: yenə braziliyalı
"Qəbələ"dən rekord hesablı qələbə
Premyer Liqa: Mövsümün ilk avtoqolu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi - İkinci Liqa
-
Tovuzda bərabərlik - Premyer Liqa
-
“Neftçi” - “Qarabağ” matçının biletləri satışda
-
“Liv Bona Dea Arena”da renovasiya işləri başladı - FOTO
-
"Ümumilikdə pis oyun nümayiş etdirmədik" - Kurban Berdıyev
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA






.jpg)








Misli Premyer Liqası