reklam
UEFA Madrid klubunun oyunçusuna cəza verdi
Sportfm.az xəbər saytı

UEFA Madrid klubunun oyunçusuna cəza verdi


"Real"ın kapitanı Serxio Ramos cəzalandırılıb. 

Sportfm.az xəbər verir ki, ispan müdafiəçinin Çempionlar Liqasının 1/8 final mərhələsində "Ayaks"la görüşdə bilərəkdən sarı vərəqə aldığı üçün bu cəzaya məruz qalıb. O, qarşılaşmanın 89-cu dəqiqəsində sarı vərəqə almaqla cəzalı duruma düşüb. 

UEFA müdafiəçinin bunu qəsdən edib-etmədiyini araşdırıb. Futbolçu günahkar bilindiyi üçün qitə futbol qurumu onu 2 oyunluq diskvalifikasiya edib. 

Amsterdamdakı görüş "Real"ın 2:1 hesablı qələbəsi ilə nəticələnib. Bu komandalar martın 5-də Madriddə cavab matçında üz-üzə gələcəklər.

Oxşar xəbərlər

Ramos “Real”ın uğurunu “inanılmaz” adlandırdı
Ramos yenə öz ampluasındadır
UEFA bilərəkdən sarı vərəqə alan oyunçunu cəzalandırdı
Debüt matçında 3 oyunluq cəza aldı
Serxio Ramos rekord vurdu - Sarı kartların sayına görə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər