AFFA prezidenti: "Milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi"
AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkəmizdə baş tutacaq Avropa Liqasının final görüşü barədə danışıb.
Sportfm.az xəbər verir ki, o, bunun üçün hər cür şərait yaradıldığını vurğulayıb:
"İlk növbədə futbol ictimaiyyəti adından cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Bu il Bakıda keçiriləcək Avropa Liqasının finalı üçün cənab prezident tərəfindən hər cür əlverişli şərait yaradılıb".
AFFA prezidenti daha sonra klublarımızın avrokuboklardakı çıxışına toxunub. O, həmçinin yığma komandamızın Millətlər Liqasında uğursuz nəticə əldə etdiyini də bildirib:
"Qarabağ" bu il növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak etdi. Bu, bizim üçün sevindirici məqam oldu.
Təəssüf ki, milli komandamız Millətlər Liqasında uğursuz çıxış etdi. Milli komandamızın yeni baş məşqçisi Nikola Yurçeviçə uğurlar arzulayıram".
Oxşar xəbərlər
AFFA rəhbəri futzalçıları təbrik etdi - "Milli komandamıza uğurlar arzu edirəm”
"2020-ci il xalqımız üçün zəfər ili oldu" - Rövnəq Abdullayev
AFFA prezidenti milli komanda ilə görüşdü - FOTO
Azərbaycan futbolunda yenilik olacaq
Rövnəq Abdullayev: ""Qarabağ" da Avropa Liqasının finalına yüksəlmək şansına malikdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası