Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qızıl top" mükafatında dəyişikliklər
"France Football” jurnalı 6 ildən sonra özünün təqdim edəcəyi "Qızıl top” mükafatının şərtlərində dəyişikliklər edib. Sportfm.az xəbər verir ki, Fransanın məşhur nəşri əvvəllər olduğu kimi, tək başına müəyyənləşdirdiyi səsverməyə yenilik gətirib. Həmin dəyişikliklər bunlardan ibarətdi:
- Altı ildi yığma komandaların kapitanlarının, baş məşqçilərinin və jurnalistlərin rəyi əsasında təqdim edilən "Qızıl top” mükafatının qalibi əvvəllər olduğu kimi, dünyanın müxtəlif ölkələrindən olan jurnalistlərdən ibarət təşkil olunacaq münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcək.
- Bu dəfə 23 yox, 30 futbolçu arasında seçim aparılacaq.
- Təqdimetmədən öncə finala qalan 3 futbolçu sistemi ləğv ediləcək.
- Qalib gələn futbolçunun adı və kimin neçənci yeri tutduğu il başa çatmamış açıqlanacaq.
Qeyd edək ki, "France Football” jurnalının 1956-2009-cu illərdə verdiyi "Qızıl top” mükafatı ilə FİFA-nın 1991-2009-cu illərdə seçdiyi "dünyada ilin futbolçusu” mükafatı 2010-cu ildə "FİFA Ballon d’Or” adı altında birləşmişdi. Tərəflər arasında imzalanmış 6 illik müqavilə artıq başa çatıb və onu yeniləməyə ehtiyac duyulmayıb.
Oxşar xəbərlər
"Qızıl top"un sahibi bu gün məlum olacaq
"Qızıl top" mükafatı verilməyəcək
Messi 2007-ci ildən sonra...
“Qızıl top” mükafatına namizədlərin adları açıqlanacaq
"Qızıl top" FİFA-dan alına bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası