"Azərbaycan yığması haqda hansısa cərimə, sanksiya olmayacaq" -AFFA rəsmisi
"Həqiqətən də, Xorvatiya ilə görüşdə millimizin oyun geyimlərinin qoluna turnirin loqosu yapışdırılmayıb".
Sportfm.az xəbər verir ki, bunu matc.az-a AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla deyib.
Azərbaycan yığması Zaqrebdə 2020-ci il Avropa çempionatının seçmə qrup mərhələsində ilk oyununu keçirdi.
Xorvatiyaya 1:2 hesabı ilə uduzduğumuz görüşdə komandamızın futbolçuları meydana əyinlərində turnirin loqosu olmadan çıxıblar.
Bu səbəbdən millimizə UEFA tərəfindən sanksiya veriləcəyi barədə xəbərlər yayılıb. AFFA rəsmisi bildirib ki, yapışdırılmayan loqoya görə Azərbaycan yığması haqda hansısa cərimə, sanksiya olmayacaq:"Oyunun gedişində bundan məlumatımız var idi. UEFA nümayəndəsi ilə danışmışdıq. UEFA bununla bağlı bizə göndərdiyi müraciətində xahiş edib ki, növbəti oyunlarda bu məsələyə daha həssas yanaşılsın. Yəni, loqo yapışdırılsın".
Oxşar xəbərlər
UEFA yığmamıza texniki məğlubiyyət verdi
AFFA UEFA-ya müraciət edəcək
"Sabah" klubu bizə müraciət etməyib" - AÇIQLAMA
Federasiya 100 min dollar ödəyib? - AÇIQLAMA
AFFA rəsmisi UEFA seminarında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
4 tur qalmış 35-ci dəfə çempion oldular - Uğur
-
Azərbaycanlı baş məşqçinin sabiq komandası Super Liqaya qayıtdı
-
17 yaşlı futbolçularımız "İnkişaf turniri"nə yollanacaq - HEYƏT
-
Azərbaycan kubokunda hakim təyinatları
-
“Sabah” – “Qarabağ” oyununun hakimi məlum oldu
-
60 fərqli stadionda qalib gələn ilk klub













Misli Premyer Liqası