reklam
Federasiya 100 min dollar ödəyib? -
Sportfm.az xəbər saytı

Federasiya 100 min dollar ödəyib? -AÇIQLAMA


Türkiyənin TRT1 kanalında yayınlanan "Teşkilat" serialında AFFA-nın loqosundan istifadə olunub.

Qardaş ölkə kanallarında kommersiya tipli reklamlarımıza ara-sıra rast gəlsək də, AFFA-nın bu əməkdaşlıqda marağı nədir? Geyim və loqonun istifadəsinə icazə hansı marağa xidmət edir və assosiasiya bundan nə qədər qazanc əldə edir?

Sportfm.az fanat.az-a istinadən xəbər verir ki, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla məsələ ilə bağlı deyib: "Bununla bağlı TRT-yə müraciət etmişik. Cavab gəlsin, görək nə deyirlər? Bu məsələdə bizim rolumuz yoxdur. Sözün hər iki mənasında...Diqqət yetirsəniz, forma onsuz da bizim forma deyil. Loqodan isə xəbərsiz istifadə olunub". 

Sayt iddia edib ki, serialda istifadə olunan forma və loqoya görə Türkiyə kanalı ilə 100 min dollarlıq anlaşma olub və bu, SOCAR-ın xətti ilə baş verib. Ancaq Firuz Abdulla bu məqamı da mümkünsüz hesab edir: "Hüquqi baxımdan bu necə ola bilər?! TRT-dən cavab aldıqdan sonra məsələyə aydınlıq gələcək". 

Oxşar xəbərlər

"Sabah" klubu bizə müraciət etməyib" - AÇIQLAMA
AFFA açıqlama yaydı - “Teşkilat” serialı ilə bağlı
Kamran Ağayev reklama çəkildi, AFFA etiraz etdi - VİDEO
"Azərbaycan yığması haqda hansısa cərimə, sanksiya olmayacaq" - AFFA rəsmisi
AFFA-nın baş katibi Media Komitəsinin İdarə Heyətinin üzvləri ilə görüşdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər