reklam
Ezmi II Avropa Oyunlarına lisenziya qazandı
Sportfm.az xəbər saytı

Ezmi II Avropa Oyunlarına lisenziya qazandı


Badmintonçumuz Ezmi Qovimuramadhoni iyunun 21-dən 30-dək Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarına lisenziya qazanıb.

Sportfm.az xəbər verir ki, 2018-ci ilin fevralından etibarən Dünya Badminton Federasiyası və Avropa Badminton Konfederasiyasının bayrağı altında keçirilən müxtəlif seriyalı turnirlərdə ölkəmizin idman şərəfini qorumağa başlayan Ezmi Qovimuramadhoni Dünya Badminton Federasiyasının açıqladığı son reytinq siyahısına əsasən bu nailiyyəti əldə edib.

“Minsk-2019”da badminton yarışları iyunun 24-dən 30-dək “Falcon club” arenasında keçiriləcək. Kişilərin şəxsi kateqoriyasında ümumilikdə 32 badmintonçu II Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, ilk dəfə 2015-ci ildə Azərbaycanda keçirilmiş Avropa Oyunlarında badminton idman növündə ölkəmizi kişilərin şəxsi yarışında Kənan Rzayev, qoşa yarışda isə Kənan Rzayev - Orxan Qələndərov tandemi təmsil edib.

Hazırda məşqçi kimi çalışan milli komandamızın sabiq üzvləri təşkilatçı ölkənin təmsilçiləri qismində iki kateqoriya üzrə yarışmaq hüququ qazanıblar.

Oxşar xəbərlər

Avropa çempionatında ilk rəqiblər bilindi
Azərbaycanlı Ezmi səkkizdəbir finalda mübarizəni dayandırdı
Badmintonçularımız beynəlxalq turnirində uğurla çıxış etdi - FOTO
Badmintonçumuz beynəlxalq turnirin yarımfinalına yüksəldi
Badmintonçularımız beynəlxalq turnirdə iştirak etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər