reklam
Futbolçularımız
Sportfm.az xəbər saytı

Futbolçularımız "BAL-dan dada bilməyəcək" -AĞIR QƏRAR


Türkiyə Futbol Federasiyası (TFF) azərbaycanlı futbolçuları üzəcək qərar qəbul edib. 

Sportfm.az xəbər verir ki, bundan sonra qonşu ölkənin BAL Liqasında legionerlərin çıxışı mümkün olmayacaq. 

TFF hələlik klublara şifahi xəbərdarlıqla kifayətlənib. Yaxın günlərdə açıqlanması gözlənilən qərar yeni mövsümdən qüvvəyə minəcək. 

Federasiya BAL Liqasının iştirakçılarından əcnəbi futbolçularla müqavilələrə xitam vermələrini istəyib. 

Əvəzində TFF yaş limitini götürüb. Bu dəyişiklikdən ən çox azərbaycanlı və Afrika mənşəli oyunçuların ziyan görəcəyi aydındı. 

Son 3-4 ildə ölkəmizdən Türkiyəyə böyük axın var idi. Premyer Liqa və I Divizion klublarına düşə bilməyənlər bir qayda olaraq BAL Liqasına üz tuturdu.

Qeyd edək ki, hazırda 24 nəfər azərbaycanlı futbolçu Türkiyənin BAL Liqasının təmsil edən klubların şərəfini qoruyur.  

 

 

Oxşar xəbərlər

Azərbaycanlı futbolçular Türkiyədə legioner hesab olunmayacaq
Azərbaycanlı futbolçu Türkiyə klubu ilə müqaviləni pozdu
Türkiyə futbolunda yeni liqa yaradılır
FİFA-dan tarixi qərar - Virusa görə müddət uzadıldı
Futbol Federasiyasından yerində qərar - legionerlərin qazancına limit qoyuldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər