reklam
Futbol Federasiyasından yerində qərar - legionerlərin qazancına limit qoyuldu
Sportfm.az xəbər saytı

Futbol Federasiyasından yerində qərar - legionerlərin qazancına limit qoyuldu


Son illərdə futbolçuların böyük ölçüdə axın etdiyi Çində legionerlərin qazancına limit tətbiq olunmağa başlayıb.

Sportfm.az xəbər verir ki, bu barədə Çin Futbol Federasiyası məlumat yayıb.

Belə ki, bundan sonra Çində əcnəbi futbolçuların illik qazancı 3 milyon avrodan çox olmamalıdı. Bu, vergilər çıxılandan sonra nəzərdə tutulan məbləğdi.

Federasiya yerli futbolçular üçün də limit tətbiq edib. Çinin öz futbolçularının illik qazancı isə 10 milyon yuandan (təxminən 1,29 milyon avro) çox olmayacaq.

Yeni qaydalar 2019-cu ilin 20 noyabr tarixindən sonra bağlanan müqavilələrə aiddi. Ondan əvvəl imzalanmış müqavilələrə isə əvvəlki qaydada əməl olunacaq. Bu, yerli oyunçulara aiddi.

Əcnəbi futbolçularda isə 2020-ci ilin 1 yanvar tarixindən sonrakı müqavilələr yeni qaydalarla tərtib olunacaq. Bu, indiyəqədərki müqavilələrə aid olunmayacaq.

Oxşar xəbərlər

UEFA klublar üçün 240 milyon ayırdı - Avro-2024
Əcnəbi futbolçuların maaşlarına limit qoyuldu
FİFA-dan tarixi qərar - Virusa görə müddət uzadıldı
Futbolçularımız "BAL-dan dada bilməyəcək" - AĞIR QƏRAR
Qurban Qurbanovun millidə illik qazancı nə qədərdir? - məşqçi nə qədər əlavə gəlir əldə edəcək?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər