reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi


Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək son çempion "Qarabağ"ın 2-ci təsnifat mərhələsində hansı səbətdə yer alacağı müəyyənləşib. 

Sportfm.az xəbər verir ki, Ağdam klubu ilk mərhələdə olduğu kimi 2-cidə də səpələnmişlər səbətində olacaq. Buna UEFA reytinqində özündən irəlidə olan Yunanıstan çempionu PAOK-un mübarizəyə 3-cü təsnifat mərhələsindən başlaması səbəb olub. 

Qurban Qurbanovun komandası 1-ci mərhələni keçsə, növbəti rəqibi "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dandalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels) və ya "Slovan" (Slovakiya) ola bilər. 

Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-də keçiriləcək. 

Oxşar xəbərlər

“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibləri müəyyənləşdi
"Qarabağ"ın Çempionlar Liqasında bütün potensial rəqibləri müəyyənləşdi
"Qarabağ" ÇL-də II və III mərhələdə hansı səbətdə yer alacaq?
Çempionlar Liqasında "Qarabağ"ın rəqibi kim olacaq?
"Qarabağ"ın 5 potensial rəqibi bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər