Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Çarltona çatmaq istəyən azərbaycanlı
Azərbaycan millisinin oktyabrda keçiriləcək seçmə oyunlarına çağırılan heyətinin yığmadakı statistik göstəriciləri açıqlanıb. Apasport.az saytının tərtib etdiyi siyahıda Norveç və Çexiya ilə matça dəvət alan 23 futbolçunun ölkəmizin əsas komandasındakı oyun və qol sayları əksini tapıb. Millimizin rekordçusu Rəşad Sadıqov oktyabrın 8-də Norveçlə görüşdə 105-ci, 3 gün sonra Çexiyada 106-cı dəfə yığma formasını geyinə bilər. 34 yaşlı müdafiəçi hər iki qarşılaşmada iştirak etsə, öz ölkəsinin yığmasında 106 matç keçirənlərə çatacaq. Belələri arasında əfsanəvi Bobbi Çarlton, Frenk Lempard, Henrik Larsson kimi simalar da var.
Rəşad artıq Bakıdakı ilk oyunda Yurgen Koller, Sami Hyuypiya, Nani, Dmitri Kruqlov kimi futbolçulara çatacaq. Lakin sonuncu iki futbolçu da oyun sayını artırmaq imkanına malikdi. Təkcə Sadıqov deyil, həm də Kamran Ağayevdən geri qalan Ruslan Abışovla Rahid Əmirquliyev üçün ilk matç əlamətdar ola bilər. Bu cütlükdən hər biri millidə 49 qarşılaşmaya çıxıb və Norveçlə görüşdə 50-ci – yubiley oyununda meydana çıxmış olacaq.
Dmitri Nazarovla Araz Abdulleyev üçün ilk matç yığmada 20-ci ola bilər. Ümumiyyətlə, debütantı olmayan komandamızın bütün üzvlərinin hesabında ən azı bir matç var.
Robert Prosineçkinin heyətə cəlb etdiyi futbolçuların yığma karyeralarında ümumilikdə 25 qol var. Heyətin bombardiri Rauf Əliyev 7 dəfə fərqlənibsə, Nazarovun 5 qolu var.
Oxşar xəbərlər
Rəşad Sadıqov Zinedin Zidana çatdı
Millimiz meydana bu heyətlə çıxacaq!
Almaniyaya qarşı kim oynamalıdı? İdman mediamızın ideal "11-liy"i - SORĞU
Ramil Şeydayev start heyətində
Bir qələbə ilə “ilk yüzlüy”ə
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası