reklam
Bir qələbə ilə “ilk yüzlüy”ə
Sportfm.az xəbər saytı

Bir qələbə ilə “ilk yüzlüy”ə


Azərbaycan millisinin DÇ-2018-in seçmə oyununda Norveçi məğlub etməsi FİFA reytinqindəki mövqeyinə ciddi təsir edəcək. Apasport.az saytının məlumatına görə, 1:0 hesablı qələbə yığmamızın irəliləməsi ilə nəticələnəcək. Bununla da hazırda 252 xalla dünyanın 133-cüsü olan yığmamız oktyabrın 20-də açıqlanacaq siyahıda aktivinin ən azı 100 xal çoxalmasını təmin edib. Belə ki, Norveç üzərində qələbə 965 əmsal xalı ilə dəyərləndirilib. Bu da son 4 ilin nəticələrinə əsasən hesablanan reytinqdə də müsbət əksini tapacaq.   Həmin reytinqdə təkcə Norveç deyil, Çexiya ilə matçın nəticələri də əks olunacaq. Skandinaviyalılar üzərində qələbədən sonra oktyabrın 11-dəki matçın nəticəsi mövqeyimizi müsbətə doğru dəyişəcək. Əgər Çexiyada uduzsaq, xal hesabımız 352-də dayanacaq. Bu da təxminən 95-96-cı yerlərə yüksəlməyimiz deməkdi. Bir sözlə, artıq uzun fasilədən sonra ilk "100-lüy”ə qayıdacağımızı böyük ehtimalla söyləmək olar. Yalnız bizdən öndə olan və "100-lüy”ə can atanların da uğur qazanması belə irəliləyişə maneçilik törədə bilər. Amma qeyri-adi bir şey baş verməsə 30-40 pilləlik yüksəliş təmin edilib.   2 gündən sonra uduzmasaq, yerdəyişmə daha böyük olacaq. Əgər Robert Prosineçkinin yetirmələri səfərdə də qalib gəlsə, xal hesabı bizim üçün fantastik həddə - 507-yə yüksələcək. Bu isə təxminən 65-66-cı yerlərədək sıçrayış üçün yetərlidi.   Çexiyada bərabərlik bu rəqəmin 404 xala qədər artması ilə nəticələnəcək ki, bu da 81-85-ci yerlərə yüksəlməyi təxmin etməyə imkan verir.

Oxşar xəbərlər

Azərbaycan yığmasının qazancı bilindi - Xal qazandıq
UEFA reytinqində ölkəmizin yeri dəyişmədi
"Qarabağ" ilk "yüzlük"də, "Qəbələ" "Neftçi"ni keçdi
Yığmamızın reytinqdə 45 pillə irəlilədi
Çarltona çatmaq istəyən azərbaycanlı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər