Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Gimnastlarımız Xorvatiyada iki medal qazandı
Xorvatiyanın Osiyek şəhərində idman gimnastikası üzrə “Challenge” seriyasına aid dünya kuboku yarışlarında idmançılarımız 2 medal qazanıblar.
Sportfm.az xəbər verir ki, komandamızın hesabına ilk medalı İvan Tixonov yazdırıb. Gimnastımız dəstəli atda 14 xalla turnirin bürünc medalına layiq görülüb.
Yarışın sonuncu günündə millimizin üzvü Nikita Simonov öz sevimli aləti - halqalarda qızıl medal qazanıb. İyirmi səkkiz ölkədən gimnastların mübarizə apardığı turnirdə gimnastımızın çıxışı 14.500 xalla dəyərləndirilib və təmsilçimiz fəxri kürsünün ilk pilləsinə qalxıb.
Oxşar xəbərlər
Gimnastımız dünya üçüncüsü oldu - Dünya Kuboku
"Bakı 2019"un idman gimnastikası yarışlarında beş alət üzrə qaliblər müəyyənləşdi
Gimnastlarımız beynəlxalq yarışlarda medallar qazandı
İdman gimnastikası üzrə Dünya Kubokuna yekun vuruldu
Belarusda Azərbaycan himni
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası