reklam
Ronaldodan gözlənilməz açıqlama:
Sportfm.az xəbər saytı

Ronaldodan gözlənilməz açıqlama:"Messi bir nömrədir"


"Messi əlbəttə ki, bir nömrədir. Ona bənzər oyunçu görmək üçün yəqin ki, 20-30 il gözləmələyik".

Sportfm.az xəbər verir ki, bu sözləri Braziliya millisinin sabiq üzvü Ronaldo Luis Nazario deyib.

Veteran hücumçu Mbappenin ona bənzədilməsinə də münasibət bildirib: "Azar, Salah və Neymarın oyununu da bəyənirəm. Onların çıxışını izləyirəm. Əlbəttə ki, Mbappeni də. Onu mənə bənzədirlər? Bir çox futbolçunu mənə oxşadırlar. Hansı ki, sürətli, texnikalı, hər iki ayağı ilə oynaya bilirlər. Bəli, oyunumuz oxşaya bilər. Ancaq heç vaxt bir nəsil futbolçuları digəri ilə müqayisə etməyi sevməmişəm”.

Qeyd edək ki, “Barselona”, “Real”, “İnter”, “Milan” kimi klublarda çıxış etmiş Ronaldo Braziliya millisində 98 oyuna 62 qol vurub.

Oxşar xəbərlər

10 ilin ən güclüləri - SİYAHI
ÇL ən yaxşı 10 hücumçusu - SİYAHI
"Ən peşəkarlardan biri olmuşam" - Kaka
Ronaldo İspaniyada klub prezidenti oldu
"Neymarın PSJ-yə keçidi geriyə addımdır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər