reklam
Sportfm.az xəbər saytı

"Neymarın PSJ-yə keçidi geriyə addımdır"


Braziliya millisinin sabiq futbolçusu Ronaldo həmyerlisi Neymarın "Barselona"dan PSJ-yə keçidinə münasibət bildirib.

Sportfm.az xəbər verir ki, veteran hücumçu Neymarın bu addımının bəyənmədiyini deyib: "İdman prinsipləri baxımından Neymarın PSJ-yə keçidi geriyə atılmış addımdır. Ancaq hər kəs özü üçün yeni macəra axtarır".

Ronaldo özünün "Barselona"dan Milan "İnter"inə keçidini isə belə izah edib: "Mən də vaxtilə "Barselona"nı tərk edib, "İnter"ə keçmişəm. Ancaq o zaman İtaliya çempionatı daha gərgin idi".

Xatırladaq ki, ötən ilin yayında "Barsa"dan 222 milyona PSY-yə transfer olunan Neymar dünyanın ən bahalı futbolçusu olub.(qol.az)

Oxşar xəbərlər

Transferdən vaz keçdilər - Neymar lazım olmadı
Ronaldodan gözlənilməz açıqlama: "Messi bir nömrədir"
Andres İnyesta inanmır! - Neymarın dönəcəyinə
Neymarın "gözü doymur" - FOTO
"Barselona"dan Neymar açıqlaması

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər