reklam
Millimizin üzvü
Sportfm.az xəbər saytı

Millimizin üzvü "Sumqayıt"dan ayrıldı


"Sumqayıt"da daha bir ayrılıq reallaşıb. 

Sportfm.az xəbər verir ki, Əli Babayev "Gənclik şəhəri" təmsilçisini tərk edib. 28 yaşlı futbolçu "instagram" hesabında bu barədə yazıb. O, klub rəhbərliyi, komanda yoldaşları və azarkeşlərə təşəkkür edib. 

İsrailli futbolçu ötən yay "Hapoel Raanana" klubundan "Sumqayıt"a keçmişdi. Babayev komandada 29 oyuna 1 qol vurub. Yarımmüdafiəçi Azərbaycan millisinə də dəvət alır. O, Litva ilə yoxlama matçında yığmada debüt edib.

Oxşar xəbərlər

“Sumqayıt”ın sabiq futbolçusu “Hapoel”də - 1.5 illik müqavilə
Millimizin sabiq futbolçusu klubundan ayrılır - Pula görə
"Sumqayıt" müdafiəçisi ilə müqaviləyə xitam verdi
Millimizin üzvü "Sumqayıt"dan ayrılır
Azərbaycanlı futbolçu xaricdən vətənə döndü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər