"Azərbaycan millisində agenti olanlar heyətə daxil edilir" -ŞOK
Türkiyənin "Girəsunspor" klubunda çıxış edən Ozan Can Kökcü Azərbaycanın U-21 millisinə Milan Obradoviçin baş məşqçi təyin edilməsindən sonra dəvət almır.
Sportfm.az xəbər verir ki, sportal.az-a açıqlama verən futbolçunun atası Halis Kökcü Ozanın Azərbaycan millisindən imtina etmədiyini deyib:
"Ozan milli komandadan imtina etməyib. Agenti olanlar heyətə daxil edilir. Rəşad Sadıqov kimi birini xərclədilər, Ozan Can kimdir ki? Rəşad Sadıqov çox yaxşı insandır. Ozanla görüşmüşdü və geri dönməsini istəmişdi. Ancaq indi Ozanla problemi olanlar onu yığmaya dəvət etmədi".
20 yaşlı vinger Azərbaycanın U-20 və U-21 millilərində çıxış edib. Gənc futbolçu bir dəfə yığmadan getdiyini açıqlasa da, Rəşad Sadıqov U-21-in baş məşqçisi təyin olunduqdan sonra onu fikrindən daşındırmışdı.
Oxşar xəbərlər
Kökçü Azərbaycanın əsas millisinə dəvət aldı - İlk dəfə
Rəşad Sadiqov "Keşlə"yə məşqçi təyin edildi
Rəşad Sadıqov "Şerif"lə oyundan sonra dopinq-testdən keçirildi
Ozan Can yenə Azərbaycanı "satır" - Türkiyə millisində çıxış edəcək
Rəşad Sadıqov milliyə baş məşqçi təyin olunacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası