Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın rəqibi heyətini gücləndirdi
"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Partizani" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportfm.az xəbər verir ki, Albaniya təmsilçisi Rron Broyanı transfer edib. Kosovolu yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 23 yaşlı oyunçunun son klubu Makedoniya "Skopye"si olub. O, Kosovonun U-21 yığmasında da çıxış edib.
Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında ilk oyun iyulun 10-da Albaniyada keçiriləcək. Matç Bakı vaxtı ilə 19:30-da başlayacaq. Cavab görüşü isə 1 həftə sonra paytaxtımızda olacaq. "Dalğa Arena"dakı həmin qarşılaşma isə yerli vaxtla 21:00-da start götürəcək.
Oxşar xəbərlər
"Neftçi"nin rəqibi son anda transfer etdi
"Dundalk"ın oyunu təxirə salındı - "Qarabağ"a görə
"Partizani" - "Qarabağ" oyunu canlı yayımda
"Qarabağ"ın rəqibi iki legioner futbolçu transfer etdi - FOTO
"Qarabağ"ın cavab matçının vaxtı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası