reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın rəqibi iki legioner futbolçu transfer etdi -FOTO


“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniyanın “Partizani” klubu heyətinə iki legioner futbolçu cəlb edib.

Sportfm.az xəbər verir ki, ölkə çempionu Teofilus Solomonla 2+1 il şərti ilə anlaşıb. 23 yaşlı nigeriyalı hücumçu Macarıstan “Uypeşt”indən alınıb. Digər oyunçu isə Aristoteles Romerodur. 24 yaşlı venesuelalı yarımmüdafiəçi İtaliyanın “Krotone” klubundan 1 illik icarəyə götürülüb.

Tirana təmsilçisi müdafiəçi Lyabinot İbrahimi ilə sözləşmənin müddətini 1 illik uzadılıb. Digər arxa xətt oyunçusu Lum Recepi isə yola salınıb.

Qeyd edək ki, “Qarabağ” “Partizani” ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Cavab qarşılaşması isə bir həftə sonra Bakıda olacaq. 

Oxşar xəbərlər

“Qarabağ”ın rəqibində koronavirus şoku - Yoluxma
"Partizani" "Qarabağ"la oyunlar üçün 9 legioner sifariş etdi
"Qarabağ"ın rəqibi heyətini gücləndirdi
"Qarabağ" üçün Albaniya çempionu
"Qarabağ"ın rəqibi daha 2 transfer etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər