Pərdis Fərcad-Azad sabiq komandasına qayıtdı
Mövsümün sonunda “Zirə”dən ayrılan Pərdis Fərcad-Azadın yeni klubu müəyyənləşib.
Sportfm.az futbolpress.az-a istinadən xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını paytaxtın digər təmsilçisi “Keşlə”də davam etdirəcək.
Bu barədə futbolçu özü məlumat verib. O bildirib ki, artıq yeni klubu ilə böyük ölçüdə razılığa gəlib. Yalnız müqavilənin son detallarının razılaşdırılması və keçidin rəsmiləşməsi qalır.
Millinin sabiq hücumçusu onu da bildirib ki, Almaniyanın səviyyəcə III və IV liqalarında mübarizə aparan iki klubdan təklifi olsa da, Azərbaycanda oynamağı üstün tutub. “Sumqayıt”la da danışıq aparan 31 yaşlı oyunçu maliyyə məsələlərində razılıq əldə edilmədiyi üçün “Gənclik şəhəri” təmsilçisinə keçməyib.
Pərdis 2012-ci ildə Azərbaycana gəlib. O, 2016-cı ilə qədər "Sumqayıt"da çıxış edib. Futbolçu 2016-2018-ci illərdə "Keşlə"nin şərəfini qoruyub. Hücumçu 6 dəfə Azərbaycan yığmasında oynayıb.
Oxşar xəbərlər
"Keşlə" ilə anlaşdı, Almaniya klubu ilə müqavilə bağladı - FOTO
Pərdis Fərcad-Azad Azərbaycanı tərk etdi
Pərdis Fərcad-Azad Birinci Divizionda fərqləndi
Pərdis Fərcad-Azad: "Mənə qarşı haqsızlıq oldu"
Pərdis Fərcad-Azad harda oynayacaq? - Yeni klubu məlum oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
"Turan Tovuz" oyuna itki ilə çıxacaq
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası