reklam
Gürcüstan idmançıları Qarabağda keçiriləcək “turnir”ə qatılacaqlarmı? -
Sportfm.az xəbər saytı

Gürcüstan idmançıları Qarabağda keçiriləcək “turnir”ə qatılacaqlarmı? -Açıqlama


Gürcüstanın erməni əsilli idmançılarının VII “Panermənistan oyunları”nın Azərbaycanın işğal altındakı ərazilərində təşkil olunacaq açılış mərasimi və yarışlarda iştirakı qadağan olunub.

Sportfm.az xəbər verir ki, bu barədə Samtsxe Cavaxeti bölgəsi üzrə informasiya mərkəzi məlumat yayıb.

Axalkalaki rayonundan olan 50-yə yaxın idmançı “Panermənistan oyunları”nın yalnız Ermənistanda keçiriləcək yarışlarına qatılacaqlar. Qondarma “Dağlıq Qarabağ Respublikası”nda təşkil olunacaq armrestlinq və şahmat üzrə yarışlarda iştirak edəcək 7 idmançı komanda heyətindən çıxarılıb.

Axalkalaki bələdiyyəsinin təhsil, mədəniyyət, idman və gənclərlə iş üzrə xidmətinin rəisi Valeri Stelmaşov bildirib ki, idmançılar yalnız Ermənistanda keçiriləcək yarışlarda iştirak edəcəklər: “Bəzi səbəblərə görə biz açılış mərasimində iştirak edə bilməyəcəyik”.

Qeyd edək ki, “Panermənistan oyunları”nın rəsmi açılış mərasimi avqustun 6-da Ermənistanın işğalı altında olan Xankəndi şəhərində keçiriləcək. Avqustun 17-dək davam edəcək yarışlar Ermənistanla yanaşı, Azərbaycanın işğal olunmuş ərazisində də təşkil olunacaq.(report)

Oxşar xəbərlər

Millimiz Avropa çempionatında iştirakdan imtina etdi - Ermənistanda
Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirildi
III Dünya Köçəri Oyunlarında Azərbaycan da təmsil olunacaq
Bakıda beynəlxalq karate turnirinə start verildi - FOTO
"Heydər Əliyev Kuboku"nun iştirakçıları məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər