reklam
Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirildi
Sportfm.az xəbər saytı

Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirildi


İtaliyanın Neapol şəhərində XXX Ümumdünya Yay Universiadasının açılış mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, rəsmi açılış mərasimi “Napoli” futbol klubunun ev oyunlarını keçirdiyi “San Paolo” stadionunda təşkil olunub. Tədbirdə idmançılar, beynəlxalq federasiyaların rəhbərləri, Beynəlxalq Tələbə İdman Federasiyasının (FISU) nümayəndələri iştirak ediblər. Oyunların məşəlini “Napoli” komandasının futbolçusu Lorenzo İnsinye alovlandırıb.

Üç saata yaxın davam edən açılış mərasimində Azərbaycan komandasının bayraqdarı cüdoçu Murad Fətiyev olub.

İyulun 14-dək davam edəcək yarışlarda idmanın 18 növü üzrə 220 dəst medal uğrunda mübarizə aparılacaq. Universiadada ölkəmizi bədii gimnastika, idman gimnastikası, cüdo, taekvondo, atletika, qılıncoynatma yarışlarında 22 idmançı təmsil edəcək.

Xatırladaq ki, Çinin Taypey şəhərində təşkil olunan XXIX Ümumdünya Yay Universiadasında Azərbaycan idmançıları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanaraq komanda hesabında 24-cü yerdə qərarlaşmışdı.

Oxşar xəbərlər

“Universiada-2023”də 11 min idmançı iştirak edəcək
Universiada-2019: Azərbaycan idmançıları gəmidə məskunlaşdılar
Neapolda Azərbaycan bayrağı qaldırıldı - FOTO
Bakıda cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirildi
Bakıda birinci Türk Universiadasının açılış mərasimi keçirildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər