reklam
Həndbol üzrə Azərbaycan yığması yarımfinala çıxa bilmədi
Sportfm.az xəbər saytı

Həndbol üzrə Azərbaycan yığması yarımfinala çıxa bilmədi


Azərbaycanın qızlardan ibarət həndbol yığması Bakı-2019 XV Avropa Gənclər Yay Olimpiya Festivalında yarımfinala vəsiqə qazanmaq şansını itirib.

Sportfm.az xəbər verir ki, buna səbəb komandanın II turda Macarıstan kollektivinə 23:47 hesabı ilə uduzmasıdır. İlk turda İsveçrəyə 16:34 hesabı ilə yenilən millinin Çexiya ilə oyunu formal xarakter daşıyacaq.

İkinci turdan sonra İsveçrə və Macarıstan hərəyə 4 xalla yarımfinala vəsiqə qazanıb. Xal qazana bilməyən Çexiya və Azərbaycan milliləri son sıraları bölüşürlər.

Qeyd edək ki, qrup mərhələsində Çexiya ilə millimizin oyunu sabah 14:30-da başlayacaq. 

Oxşar xəbərlər

İkinci yarımfinalçı da müəyyənləşdi - “Heydər Əliyev-100”
Avstriyadan əzmkar qələbə - AÇ-2024-ün seçmə mərhələsi
Voleybol millimiz tarixi oyuna çıxır
Həndbol üzrə Avropa çempionatı başa çatdı
Azərbaycan yığması "Dördlər finalı"na adlaya bilmədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər