reklam
Məmmədyarov rapid yarışlarını 8-ci başa vurdu
Sportfm.az xəbər saytı

Məmmədyarov rapid yarışlarını 8-ci başa vurdu


İyulun 29-da Parisdə "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinin rapid yarışlarının son üç turu keçirilib.

Sportfm.az xəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov yeddinci turda hindistanlı Vişvanatan Ananda qalib gəlsə də, sonrakı iki turda amerikalı Fabiano Karuana və rusiyalı Daniil Dubova məğlub olub. İdmançımız 7 xalla səkkizinci mövqeni tutub.

Turnir cədvəlində ilk pillədə 13 xalla fransalı Maksim Vaşe-Laqrav qərarlaşıb. Yarış iştirakçıları "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsi çərçivəsində iyulun 31-dən avqustun 2-dək blitz turnirində mübarizə aparacaqlar.

Oxşar xəbərlər

"Şah" iki turda rəqiblərini mat etdi
Şəhriyar Məmmədyarov bu gün daha üç oyun keçirəcək
Şəhriyar Məmmədyarovun növbəti rəqibi Fabiano Karuana olacaq
“Grand Chess Tour 2019”: Məmmədyarov Maqnus Karlsen ilə qarşılaşır
Şəhriyar Məmmədyarov üçüncü yeri tutdu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər