reklam
Sportfm.az xəbər saytı

"Qəbələ"nin futbolçusu ağır zədə aldı


"Qəbələ" Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" klubuna səfərdə 0:3 hesabı ilə uduzub. 

Sportfm.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində "Qəbələ"nin iki müdafiəçisi - Rasim Ramaldanovla İvitsa Juniç kəllə-kəlləyə toqquşub. Zuniç toqquşmadan sonra huşunu itirib. Meydana hər iki komandanın həkimləri daxil olub, tibbi yardım ediblər. Xorvatiyalı futbolçu xərəkdə meydanı tərk edib. 30 yaşlı futbolçu ambulans maşınıyla xəstəxanaya aparılıb. 

"Qırmızı-qaralar"ın məşqçisi Zaur Həşimov zədəli futbolçunun son durumu barədə məlumat verib: "Həkimlərin rəyinə görə zədələnərək əvəzlənən İvitsa Juniçin almacıq sümüyündə sınıq var. O, əməliyyat olunmalıdır".

Juniç "Qəbələ"yə bu yay keçib.

Oxşar xəbərlər

"Qəbələ" hazırlığa başlayır - Vaxt dəqiqləşdi
"Qəbələ" 1-2 "Keşlə" - VİDEO
"Qəbələ"nin futbolçusu əməliyyat edildi - FOTO
"Qəbələ" Avropa Liqası üçün 26 futbolçu sifariş etdi - SİYAHI
"Qəbələ" İvitsanı transfer etdi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər