Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Ronald Kuman: "Qvardiola mənim himayəm altında olub"
"Everton”un baş məşqçisi Ronald Kuman "Mançester Siti”nin çalışdırıcısı Xosep Qvardiola ilə münasibətlərindən danışıb. Komanda.az xəbər verir ki, Kuman "Barselona”nın təlim-məşq toplanışları zamanı Qvardiola ilə bir otaqda qaldığını deyib. O, Pepin himayəçisi olduğunu bildirib: "Təlim-məşq toplanışı zamanı Yohan Kroyf mənə yaxınlaşıb dedi ki, gənc futbolçularla bir otaqda qalacaqsan Mənim vəzifəm ondan ibarət idi ki, nəzarət edim, onlar başqa işlərlə məşğul olmasınlar. Özünü necə aparırdı? Pep cox ciddi idi, başqa heç nə ilə məşğul olmurdu, ancaq məşq edirdi. Məşğələlərdən sonra Qvardiola məndən necə təsir bağışladığı barədə soruşurdu. Biz bir yerdə az vaxt keçirməmişik. Daim futboldan söhbət etmiş, daha yüksək səviyyəyə çatmağın yolları barədə müzakirələr aparmışıq. Şərəf duyuram ki, Qvardiola nə vaxtsa mənim himayəm altında olub. İndi isə o, dünyanın ən yaxşı məşqçisidi”.
Oxşar xəbərlər
“Mən “Barselona”ya qayıdacağam” - Qvardiola
Xosep Qvardiola 100-ə çatdı
Qvardiola Argentina yığmasından təklif gözləyib
Qvardiola: “Mourinyo ilə şərab içərəm”
Qvardiola onu cəzalandırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası