Nataliya Məmmədova karyerasını başa vurdu -FOTO
Voleybol üzrə Azərbaycan millisinin sabiq üzvü Nataliya Məmmədova karyerasını başa vurub.
Sportfm.az xəbər verir ki, onun sonuncu klubu Qazaxıstan "Altay"ı olub.
Təcrübəli voleybolçu bu klubla ölkə çempionu olmaqla yanaşı, Qazaxıstan kubokunu da başı üzərinə qaldırıb.
Qeyd edək ki, ölkə voleybolunda xüsusi izi olan Nataliya Məmmədova karyerasına Ukraynada başlayıb. Bu ölkənin yeniyetmələrdən ibarət millisində Avropa çempionatının gümüş medalını qazanan Nataliya Azərbaycana gəldikdən sonra soyadını dəyişərək Məmmədova olub. O, bunadək Skazka soyadını daşıyıb.
2004-cü ildə millimizdə debüt edən 34 yaşlı Nataliya Məmmədov karyerası ərzində Bakının "Azərreyl", Rabitə, İsveçrənin "Volero", İtaliyanın "Keri", İspaniyanın "İkaro", Türkiyənin "Türk Telekom", Rusiyanın "Dinamo", "Omiçka", "Dinamo Kazan" kimi klublarının şərəfini qoruyub.
Oxşar xəbərlər
Millilərimizin V tur üçün heyətləri - Avropa çempionatı
Natalya Məmmədova karyerasını başa vurdu
"Azərbaycanda məni heç kim gözləmir" - Natalya Məmmədova
Qarayev məşqçilik karyerasını başa vurdu
Rio-2016: Nataliya Sinişin bürünc medal qazandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası